Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-11 11:22:49
UNEC məzunu şəhid Teymur Məcidzadənin  kitabının təqdimatı olub

Vətən müharibəsində şəhid olmuş UNEC məzunu Teymur Məcidzadənin xatirəsinə həsr edilən “Şuşada bitən yuxular” kitabının təqdimatı keçirilib.

 

AzEdu.az xəbər verir ki, Müəllifi Könül Fazilqızı olan kitabın təqdimatında şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı,UNEC rektoru professor Ədalət Muradov da iştirak edib. Təqdimatda rektor Ədalət Muradov, şəhidin ailə üzvləri və dostları Teymur Məcidzadənin keçdiyi qısa və mənalı həyat yolu haqqında xatirələrini bölüşüblər. Sonra prof. Ədalət Muradov Teymurun UNEC arxivində saxlanılan attestatını valideynlərinə təqdim edib.

 

İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşən Teymur Məcidzadə noyabrın 9-da Şuşanın azad edilməsi uğrunda şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

 

Allah rəhmət eləsin!