Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-10 16:14:18
Sertifikasiyadan keçən müəllimlərin maaş artımı ilə bağlı RƏSMİ AÇIQLAMA

Sertifikasiya müsabiqəsinin müsahibə mərhələsi davam edir.

 

Bölgələr üzrə müvafiq olaraq Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimləri üçün onlayn formatda müsahibələr təşkil olunur.

 

 

Məlum olduğu kimi, sertifikasiyanın test imtahanlarından 30-50 bal toplayan müəllimlərin maaşı 10 faiz, 51-60 bal toplayanlarınkı isə 35 faiz artımla veriləcək.

 

 

Sertifikasiyanın hər iki mərhələsindən keçən müəllimlər maaşlarının nə zaman artırılacağı barədə maraqlanır.

 

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi hələ ki, yekunlaşmayıb.

 

 

“Sertifikasiyanın hər iki mərhələsindən keçən müəllimlərin maaş artımı ilə bağlı məlumat olduqda ictimaiyyətə bildiriləcək”- deyə nazirlikdən əlavə olunub.