Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-10 15:20:47
AzMİU tələbələri üçün növbəti infosessiya keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə "TGT Nədir?" mövzusunda infosessiya keçirilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə AzMİU-dan məlumat verilib. 

 

Qrup rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə AzMİU-nun Tələbə Gənclər Təşkilatının sədri Tacir İsmayılzadə təşkilatın universitetdəki fəaliyyətindən, yaradılan klublardan, müxtəlif inkişaf platformalarından və bunun tələbələrin fərdi inkişafına müsbət təsirindən danışıb.

 

Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) üzv təşkilatlarla iş üzrə meneceri Rüfət Rüstəmov ittifaq və təşkilatın fəaliyyətlərini əks etdirən videoçarxlarla çıxış edib. O, ATGTİ-nin proqramlar çərçivəsində fəaliyyəti və həyata keçirilən digər işlər – düşərgələr, forumlar, seminarlar, və s. kimi maraqlı layihələrindən danışıb.

 

Sonda tələbələrin sualları cavablandırılıb.