Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-10 13:13:07
Şəhid İsmayıl Kərimlinin xatirəsi anılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində Vətən müharibəsi şəhidi İsmayıl Kərimlinin xatirəsi anılıb.

 

AzEdu.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları fakültənin şəhidlər guşəsini ziyarət ediblər. Anım tədbirində çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərə diqqət çəkib, Azərbaycan oğullarının igidliyindən bəhs ediblər. Qazanılan tarixi Qələbədə şəhid İsmayıl Kərimli kimi Vətən oğulları ilə xalqımızın hər zaman fəxr etdiyini, onların cəsurluğunun gələcək nəsillərə örnək olduğunu bildiriblər.

 

Qeyd edək ki, İsmayıl Kərimli 1997-ci il oktyabrın 10-da Bakı şəhərində anadan olub. 2015/2019-cu illərdə AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində təhsil alıb. İkinci Qarabağ müharibəsi başlayan zaman o da yaşıdları kimi döyüşlərə atılıb. Hadrut və Şuşanın azadlığı uğrunda gedən qızğın döyüşlərdə böyük igidlik və şücaət göstərib. Noyabrın 4-də Daşaltı istiqamətində gedən gərgin döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Böyük şücaət göstərən İsmayıl Kərimli ölümündən sonra “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.