Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-09 12:08:11
AzMİU əməkdaşları “QS Quacquarelli Symonds” agentliyi  barədə məlumatlandırılıb

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” agentliyinin nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları üçün seminar keçiriblər.

 

AzMİU-dan AzEdu.az-a bildirilib ki, seminarda “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyinin məsləhət komandasının üzvlərinin layihə koordinatoru Dara Buxtoyarova, baş məsləhətçi Habib Fardoun, böyük məsləhətçi Zaeem Siddiqui və məsləhətçi Nilli Kastano iştirak ediblər.

 

Universitetin Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə seminarın mövzusu, əhəmiyyəti haqqında məlumat verib.

 

Rektor Gülçöhrə Məmmədova qonaqlara AzMİU-nun strateji hədəflərindən, bu hədəflər sırasında impakt faktorlu jurnallar, yerli və beynəlxalq reytinq təşkilatları, o cümlədən “QS Quacquarelli Symonds” agentliyi ilə əməkdaşlıq layihələrindən danışıb. Rektor qeyd edib ki, AzMİU-nun strateji hədəfi daha modern ali təhsil müəssisəsinə çevrilmək və inkişaf göstəricisi olan beynəlxalq reytinq cədvəllərindəki yerini daha da irəlilətməkdir. O, müxtəlif kateqoriyalar üzrə QS reytinq nəticələrinin AzMİU üçün əhəmiyyətindən bəhs edib, təlim iştirakçılarına uğurlar arzulayıb.

 

Təlimdə “QS Quacquarelli Symonds” agentliyinin fəaliyyətinə və “QS Subject Ranking” kateqoriyasına dair geniş məlumat verilib, eləcə də müvafiq kateqoriya üzrə göstəricilər əsasında AzMİU-nun mövcud vəziyyəti müqayisəli təhlil edilib.

 

Daha sonra agentliyin nümayəndələri iştirakçıları maraqlandıran suallar cavablandırıblar.