Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-12 15:45:00
Tarix fənni üzrə yenilik – Bu mövzular qəbul proqramından çıxarıldı

Hər il oktyabrda Dövlət İmtahan Mərkəzi Tarix fənni üzrə seminarlar təşkil edir. Seminarda 1945-ci ildən sonrakı tarixləri əhatə edən Ərəb ölkələri, Koreya, Şərqi Avropa ölkələri qəbul proqramından çıxarıldı”

Bu sözləri AzEdu.az- açıqlaması zamanı tarix müəllimi Səbuhi Kamal deyib. O seminarların məzmunundan danışıb:

“Hər il oktyabrda Dövlət İmtahan Mərkəzi Tarix fənni üzrə seminarlar təşkil edir. Bu seminarlarda mövzuların proqrama daxil edilməsi və çıxarılması kimi məsələlər müzakirə edilir. Seminarlar dekabra kimi davam edir. Budəfəki seminarda tarix fənnindən 1945-ci ildən sonrakı tarixləri əhatə edən Ərəb ölkələri, Koreya, Şərqi Avropa ölkələri qəbul proqramından çıxarıldı”.

Səbuhi Kamalın sözlərinə görə, qəbul proqramına daxil olan mövzular ötənilki ilə eyniyyət təşkil edir:

“Ənənəvi və yeni mövzular haqda ətraflı məlumat DİM-in jurnalında tezliklə bilinəcək. Mövzuların çıxarılma səbəbi onların çətinlik dərəcəsiylə əlaqədardır. Digər siniflərə nisbətən XI sinif ümumi tarix dərsliklərindəki mövzuları şagirdlər çətin mənimsəyirlər. Ona görə də qəbul imtahanına bu kitabdan 1, maksimum 2 sual düşür”.

Xatırladaq ki, 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul modelinə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub.

I blok – Riyaziyyat, Fizika, Kimya

II blok-Riyaziyyat, Coğrafiya, Tarix

III blok – Azərbaycan(rus) dili, Tarix, Ədəbiyyat

IV blok – Biologiya, Kimya, Fizika

Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları