Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-06 15:25:54
“Kosmik elm simpoziumu: görkəmli alimlərlə dialoq” – ADNSU-da tədbir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Kosmik elm simpoziumu: görkəmli alimlərlə dialoq” təşkil olunub.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (Azərkosmos) təşkilatçılığı ilə Ümumdünya Kosmos Həftəsi çərçivəsində ölkəmizdə keçirilən tədbirdə kosmik sahə mütəxəssisləri və tələbələr iştirak ediblər.

 

Azərbaycanın Kosmik Agentliyinin əməkdaşı Əsəd Həsənovun moderatorluğu ilə keçirilən interaktiv tədbirdə İstanbul Texniki Universitetinin professoru Çingiz Hacıyev, İstanbul Ticarət Universitetinin professoru Abdulla Sofiyev, “Capella Space” şirkətinin meneceri Esmira Bayramova kosmik tədqiqat və araşdırmalarla bağlı məlumat verib, həmçinin bu istiqamətdə həyata keçirilə biləcək layihələrdən, kosmik sənayenin nailiyyətlərindən və qlobal tendensiyalardan danışıblar.