Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-05 14:49:57
İstanbul Gelişim Universitetində mübadilə proqramına sənəd qəbulu elan olunur

Non-Erasmus ikili əməkdaşlıq çərçivəsində Türkiyənin İstanbul Gelişim Universitetində mübadilə proqramına sənəd qəbulu elan olunur.

 

Azedu.az xəbər verir ki, bu barədə UNEC-dən məlumat verilib. 

 

Proqram çərçivəsində UNEC tələbələri 2023/2024-cü tədris ilinin yaz semestrində xaricdə təhsillərini davam edəcəklər. Mübadilə proqramının şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar. Namizədlərin seçimi ayrılmış yerlərin sayı üzrə təqdim olunmuş sənədlər əsasında, müsabiqə yolu ilə aparılacaq.

 

Seçiləcək tələbə sayı: 5 nəfər

Təhsil pilləsi: bakalavriatura və ya magistratura üzrə təhsil alan tələbələr

Müddət: 2023/2024-cü tədris ilinin yaz semestri

Əsas şərtlər:

  • Tələbələrin orta balı (ÜÖMG) – 80-dən yuxarı olmalı;
  • Gedəcək ölkənin və ya ingilis dilini sərbəst bilməli.
  • Müvafiq dil sertifikatı

Tələb olunan sənədlər:

  • Akademik transkript
  • Dil biliyini təsdiq edən sənəd (olduğu təqdirdə IELTS, TOEFL və ya müvafiq fakültələrdə ingilis və ya türk dilində təhsil aldığını göstərən sənəd).
  • CV (ingilis dilində)
  • Pasport (mövcüd olmadığı halda şəxsiyyət vəsiqəsi)

Son müraciət tarixi: 17 oktyabr 2023-cü il.

Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində [email protected] elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaqdır). Elektron məktubu göndərərkən başlıq hissəsində universitetin «İstanbul Gelişim Universiteti» yazılmalıdır.