Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-04 11:18:00
Qarabağ Regional Təhsil İdarəsində təhsil alan şagirdlərin SAYI

Qarabağ Regional Təhsil İdarəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında yaradılıb.

 

 

İdarənin tabeliyində 447 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir.

 

 

Bəs bu məktəblərdə nə qədər şagird təhsil alır?

 

 

Sözügedən mövzu ilə bağlı Qarabağ Regional Təhsil İdarəsindən AzEdu.az-a məlumat verilib.

 

 

Bildirilib ki, Ağcabədi  rayonu üzrə 25383, Ağdam rayonu üzrə 25727, Bərdə rayonu üzrə 27730, Füzuli rayonu üzrə 13859, Xocalı rayonu üzrə 1633, Xocavənd rayonu üzrə  2234, Şuşa rayonu üzrə 5906, Tərtər rayonu üzrə isə  11332 təhsilalan mövcuddur.