Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-12 18:15:07
Tikan ayağını qanadırsa, gülə çatmağa az qalıb 

 

 

Mükəmməl gördüyünüz hər insanın arxasında mütləq bir qarmaqarışıqlıq var. Kənardan ideal görsənən münasibətlərin heç də elə olmadığını anladığın an kimsəyə bənzəmək, kimsənin yerində olmaq istəməyəcəksən.

Uzaqdan möhtəşəm gördüyün hər şey şəlalə misalıdır. Kənardan heyrətamiz görünən hər şəlalə dağa daşa çırpıla çırpıla gözlərə xitab edir.

Bugün irəlidə olan, ard-arda uğur qazanan hər insanın kürəyindəki yaraları, ayağındakı çapıqları, çiynindəki yükləri görmədən "bəxtəvər" möhürünü vurmaq ən asan işdir. Onun yerində olmaq istəyib ona bənzəməyə çalışmaq acizlikdir. Hər kəsin bir yolu, hər yolun fərqli istiqaməti vardır. Sən öz yoluna get, öz istiqamətini seç.

Başqalarına qibtə etməkdənsə başqalarının qibtə edəcəyi insan ol.


Sabah səninlə necə tanış olduqlarını fəxarətlə söyləyənlər üçün bugün addım at. Sabahı gözləmə. Axı bugün dünənin sabahıdır. Elə isə başlamaq zamanıdır. Elə indi... Bu dəqiqə... Həyat gözləməz... Zaman su kimi axıb keçir... Ya axına qapılıb ləpələrin arasında boğulub itərsən, ya da axına qarşı kürək çəkib sahili seçərsən. Tikanlar ayağını qanadırsa gülə çatmağa az qalıb deməkdir. Əsla vazkeçmə. Hədəfin yolları relyefli ola bilər,  amma sənin ayaqların daha dözümlüdür. Sən bacararsan. Həm də hər kəsin bacardığından daha çoxunu. Başlayaq???

Leyla Camal