Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-21 11:04:00
Sertifikasiya: saxta diplomlu müəllimlər kənarlaşdırılır? - Yoxlama!  

Artıq 2 ildir ki, təhsil verənlərin sertifikatlaşdırılması prosesi keçirilir. Prosesdə hələ ki, Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimləri iştirak ediblər.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, sertifikasiya prosesində diplomu dövlət nümunəli olmayan müəllimlər də iştirak edəcəklər.

 

Bəs diplomu saxta olan olan müəllimlərin sertifikasiya prosesindən keçməsi nə dərəcədə doğrudur?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə sertifikasiyadan aşağı nəticə göstərən müəllimlərin çoxu saxta diplomlulardır:

 

“Diaqnostik qiymətləndirmədən fərqli olaraq, 2 ildir keçirilən sertifikasiya, müəllimin peşəkarlıq səviyyəsini və peşə yararlılığını yoxlayır. Peşə səviyyəsi aydın ki, əmək haqqı məsələsidir. Peşə yararlılığına gəldikdə isə adından da göründüyü kimi, təhsil verənləri yoxlayırlar ki, bu sahəyə yararlıdır, yoxsa deyil. Düşünürəm ki, sertifikasiya prosesində keçməyən və adi sözlərin düzgün yazılışını bilməyən müəllimlərin əksəriyyəti saxta diplomlu müəllimlərdir.

 

Düzdür, diplomu dövlət nümunəli olmayan bir çox müəllim var ki, azı 20 ildir təhsil işçisi kimi çalışıb. Onları birdən-birə işdən çıxarmaq o qədərdə doğru deyil. Amma qalmaları da problemdir ki, gələcək nəsillərimizi korlayırlar. Sözügedən müəllimlər məktəblərdə  3-4 saat dərs yükü ilə çalışır. Bunu da doğru hesab etmirəm. Bir müəllimin dərs yükü 18 saat olmalıdır. Elm və təhsil naziri Emin Əmrullayevin bir fikri ilə razıyam ki, onları işdən çıxarmayaq, amma müəllim kimi deyil, başqa sahələrdə iş verək. Məlumdur ki, məktəblərdə sırf müəllimlik olmayan ştatlar var.

 

Ekspert qeyd edib ki, sertifikasiya prosesində diplomu dövlət nümunəli olmayan müəllimlərin məsələsinə son qoyulmalıdır:

 

“Sözügedən müəllimlərin peşə yararlığı yoxlanılmadır. Əgər nəticəsi yüksəkdirsə , onda həmin müəllimlərə ən azı 8-9 saat dərs yükü verilməlidir. Yox əgər deyilsə, onları başqa bir sahəyə yönəltmək lazımdır”.

 

Müsahibimiz vurğulayıb ki, saxta diplomlu müəllimləri aradan qaldırmaq üçün sertifikasiyanın yekunlaşmağını gözləmək lazım deyil:

 

“Hesab edirəm ki, saxta diplomlu müəllimlərin hansı fəndən dərs demələrindən aslı olmayaraq, seçib hamısını birgə sertifikasiyadan keçirmək yaxşı olardı. Sayları o qədər də kütləvi olmadığı üçün bu prosesi 2-3 aya yekunlaşdırmaq olar.

 

Nə olursa-olsun saxta diplomlu müəllimləri təhsildən mütləq şəkildə uzaqlaşdırmaq çox vacibdir. Mən bu günə qədər eşitməmişəm ki, saxta mədəniyyət işçisi, mühəndis, həkim və s. Təkcə müəllimlərdə bu məsələ hallanır. Ona görə də sertifikasiya bir fürsətdir. Ondan istifadə edib, saxta diplomlu müəllimlərin işinə aydınlıq gətirmək lazımdır. Bu “saxta diplom”lu müəllim bir başa pedaqoji leksikonumuzdan çıxmalıdır”.