Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-06 16:50:22
Bu il bakalavr və magistrda nə qədər şəxs təhsil alacaq?

"Ötən illərə nisbətdə 2023-2024-cü il tədris ili üçün  ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrinə qəbul olunanların sayı 67 min 385 nəfərdir. 2026-2027-ci il üçün isə 75 min qəbul nəzərdə tutulur. Son 10 ildə 40 faizdən çox yüksəlmə müşahidə olunur. Dövlət sifarişli əsaslarla qəbul olunan tələblərin sayı 2 dəfədən çox artıb. 

 

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

 

O bildirib ki, 1993-94 -cü illərə nəzər saldıqda görürük ki, hazırkı dövrdə ali təhsil alanların sayı xeyli artıb.


"Bu il dövlət sifarişli yerlərin sayı 50%-ə qədər artıb. Ali məktəblərə qəbul olunanların sayının artması təhsilin əlçatanlığının göstəricisidir".