Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-06 16:30:27
Nazir: Bağçalarda yer çatışmazlığı hələ də qalır


Bağçalarda monitorinqlər mütəmadi davam edəcək.

AzEdu.az  xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

O diqqətə çatdırıb ki, hansı bağçada nə qədər müəllimin hansı ixtisas və diplomla fəaliyyət göstərməsi bəllidir:

"Çünki işçilər barədə əlimizdə məlumat bazası var. Böyük şəhərlərdə yer çatışmazlığı ilə bağlı problemlər hələ də qalır".