Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-06 12:25:26
Naxçıvan Dövlət Universiteti: doldurulmamış 185 diplom aşkarlanıb

Hesablama Palatası tərəfindən Naxçıvan Dövlət Universitetində aparılan auditin nəticələrinə əsasən təhsillə bağlı dövlət sənədlərinin uçotuna dair fəaliyyətin təşkili zamanı hüquqi aktların tələblərinə tam əməl edilməməsi təhsilin başa çatdırılmasının təsdiq olunması sahəsində əsaslı risklərə yol açıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Hesablama Palatasından xəbər verilib.

 

 

 

 

Belə ki, Universitetdə ümumilikdə 5 ədəd doldurulmuş diplomun qeydə alınmadığı, həmçinin 1997-2020-ci illəri və müxtəlif təhsil səviyyələrini əhatə edən doldurulmadan 185 ədəd diplom saxlanıldığı aşkar olunub.

 

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində (Universitet) Azərbaycan Respublikası Hesablama Palatasının cari ilin İş planına əsasən aparılmış uyğunluq auditi 2021-2022-ci illəri əhatə edib.