Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-21 16:18:00
9 illik bazada kolleclərə sənəd qəbulu davam edir

Məlum olduğu kimi, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olduqları təhsil müəssisəsi üzrə qeydiyyatı 14 avqust saat 15:00-dan başlanıb 23 avqust saat 18:00‑dək davam edəcək.

 

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, bunun üçün abituriyentlər https://portal.edu.az/ platformasında yaratdıqlar kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

 

21 avqust saat 15:15-ə olan məlumata əsasən, orta ixtisas təhsili müəssisəsinə qəbul olunan 6787 abituriyent portal vasitəsilə qeydiyyatdan keçib.

 

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.