Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-18 13:40:00
Alim Kiş çayı ərazisində ekoloji monitorinq aparıb

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayev tərəfindən Kiş çayının Damarçın qolu və onun ətraf ərazilərində ekoloji monitorinq aparılıb.

 

AzEdu.az xəbər verir mki. bu barədə AMEA-dan məlumat verilib. 

 

Monitorinq zamanı çayın mənbəyində sellərin əmələgəlmə şəraitinin öyrənilməsi üçün ölçmə işləri yerinə yetirilib, torpaq və bitki örtüyü müayinə edilib. Eyni zamanda, çay məcrasının ətrafındakı  təbiət abidələrindən biri olan “Meşəbaşı” şəlaləsinin turizm potensialının dəyərləndirilməsi istiqamətində tədqiqat işləri aparılıb.