Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-18 12:45:15
AzTU-da təqdimat keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “Elsevier” şirkətinin “Scopus” və “ScienceDirect” bazalarının təqdimatı keçirilib.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, təqdimatda AzTU-nun rektoru Vilayət Vəliyev, universitetin Kitabxana İnformasiya Mərkəzinin əməkdaşları, “Elsevier” şirkətinin nümayəndələri - Damir Rakhmatov və Helena Pacsuzka, həmçinin müxtəlif ali məktəblərin nümayəndələri iştirak ediblər.

 

İştirakçıları salamlayan rektor Vilayət Vəliyev müasir dövrdə tədrisin və elmi-tədqiqatların inkişafından danışaraq bu istiqamətdə kitabxanaların rolunu qeyd edib. Bildirib ki, kitabxanaların beynəlxalq əməkdaşlığı genişləndirməsi elmin inkişafı üçün mühüm amillərdən biridir.  

 

AzTU-nun Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyevanın moderatorluğu ilə keçirilən təqdimatda “Elsevier” şirkətinin nümayəndələri - Damir Rakhmatov və Helena Pacsuzkanın “Scopus” və “ScienceDirect” bazaları haqqında ətraflı məlumat veriblər.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.