Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-18 09:49:01
Sertifikasiyada müsahibə mövzuları AÇIQLANDI - RƏSMİ
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular hazırlanıb.
 
 
Bu barədə AzEdu.az-a Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzindən məlumat verilib.
 
 
Bildirilib ki, müəllimlər miq.edu.az saytına və ya portal.edu.az platformasına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.
 
 
Xatırladaq ki, müsahibə zamanı müəllimlər müvafiq komissiya tərəfindən proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə qiymətləndiriləcək.
 
 
Bu linkə keçid edərək müsahibə mövzulərı ilə tanış ola bilərsiniz.