Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-14 12:33:11
Samuxda məktəbdə soyğunçuluq olub

Samux rayonunda məktəbdə soyğunçuluq olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, avqustun 12-də Samux rayonunun Kolayır kəndi ərazisindəki orta məktəbin gözətçisinə zor tətbiq edilərək mobil telefonunun alınması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Şəmsi müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.