Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-12 13:45:00
Rektor İnstitut direktoru ilə görüşüb

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutunun direktoru Gelegdorj Ereqzen ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Beynəlxalq Türk Akademiyasından məlumat verilib. Bildirilib ki, görüş zamanı tərəflər “Nomqon-2023” elmi-arxeoloji ekspedisiyasının nəticələrini müzakirə edib, gələcək layihələr haqqında fikir mübadiləsi aparıblar. Akademik Şahin Mustafayev görüşə görə Geleqdorj Ereqzenə təşəkkür edib və birgə tədqiqat işlərinin davam etdiriləcəyinə əminliyini bildirib.

 

Qeyd edək ki, görüş akademik Şahin Mustafayevin Monqolustana səfəri çərçivəsində reallaşıb.