Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-11 14:18:34
lll qrupda 14 min 635 nəfər 200 baldan yuxarı nəticə göstərib

Üçüncü qrupda 14 min 635 nəfər 200 baldan yuxarı nəticə göstərib. DT alt qrupu üzrə 14292 yer ayrılıb. Onlardan 14 min 635-i müsabiqəyə buraxılıb. Dövlət sifarişli (DS) yerlərin sayı azaldığı üçün 4045 yer ayrılıb, artıq 430 baldan yuxarı bal toplayan abituriyentlərin sayı 4366-dır. Beləliklə, DS yerlərini o abituriyentlər seçsələr, onların qəbulolma şansı kifayət qədər yüksəkdir.

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, DT alt qrupunda 150 bala kifayət edəcək ixtisaslar yer alır. Məhdudiyyət aradan qaldırıldıqda 17588 nəfər müsabiqəyə buraxılıb. Bu ixtisaslara aid olan yerlər 2895-dir. Bu, o demək deyil ki, yalnız 150-200 bal toplayanlar ora qəbul olacaqlar. Daha yüksək nəticə göstərənlər də bu ixtisasları seçə bilərlər. Buna görə də, 150 bal toplayanların sayı azalır. Təqdim olunan plan yerlərindən abituriyentlərin sayı təxminən 4 min çoxdur. Buna görə də ilkin seçim zamanı regional ali məktəbləri, özəl ali məktəb ixtisaslarını seçməyi məsləhət görürəm. Çünki ilkin seçimdə yalnız DS yerləri, dövlət ali məktəbləri seçən şəxslər 300 balla kənarda qalanda irad tuturlar. Balınıza uyğun ixtisası seçəndə ali məktəbləri özünüz üçün qeyd edib şansınızı dəyərləndirin.