Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-07 10:14:34
Tanınmış şairin məktəbli nəvəsi dünyasını dəyişib

Dünən şair Cığatel İsaqızıya ağır itki üz verib.Onun 10 yaşlı nəvəsi vəfat edib.

 

AzEdu.az xəbər verir ki, bu haqda şair Nazilə Səfərli İnstaqram hesabında məlumat yayıb.

 

O bildirib ki, hadisə qəza nəticəsində baş verib:

 

"Cığatel İsaqızının oğlu ailəsi ilə Salyan istiqamətində istirahatə gedərkən maşının təkərində nasazlıq yaranıb. Təkəri dəyişmək məqsədi ilə maşını yolun kənarına çəkiblər. Həmin an hərəkətdə olan digər avtomobil bu maşına çırpılır. Ciğatelin 10 yaşlı oğul nəvəsi həlak olub. Oğlunun isə ayaqları sınıb".

 

Sözügedən hadisə Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb.

 

Belə ki, "Nissan" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Azyaşlı qızı Cığatel də xəsarət alıb.