Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-06 16:13:54
DİQ- in esse mərhələsi üzrə apellyasiya müraciətləri...

Şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin esse mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu davam edir.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, uğur qazanmayan namizədlər https://portal.edu.az/ səhifəsində qeydiyyatdan keçərək esse mərhələsi üzrə apellyasiya müraciəti edə bilərlər.

 

Müraciətlərin qəbulu avqustun 7-si saat 11:00-da başa çatacaq.

 

Xatırladaq ki, direktorların işə qəbulu müsabiqəsinin esse mərhələsində 50 faiz və daha yuxarı nəticə göstərən 274 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.