Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-07 17:27:53
Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikasiya tədbirinə çağırıldı

6 aprel tarixində Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə növbəti görüş təşkil olunub.

 

Bu barədə AzEdu.az-a Təhsil İnstitutundan məlumat verilib.

 

Bildirilib ki, görüşdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təşkili qaydaları, məzmunu və çərçivə sənədi ilə bağlı məsələlər barədə məlumatlar verilib, müəllimləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.