Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-04 17:49:29
TOP-10 universitetlərdə təhsil alacaq gənclərimizi tanıyaq - FOTOLAR

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın növbəti iştirakçıları müəyyən olunub.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, 2023-2024-cü tədris ili üçün həyata keçirilən sənəd qəbulunun növbəti nəticələri üzrə 200 namizəd müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramı iştirakçısı adını qazanıb.

 

Proqram iştirakçıları sırasında cari ildə beynəlxalq reytinq sistemlərində yalnız universitetlər üzrə ilk onluqda yer almış ali təhsil müəssisələri üzrə 5 nəfər "Harvard University", 1 nəfər "Massachusetts Institute of Technology", 2 nəfər "Yale University", 6 nəfər "Imperial College London", 5 nəfər "University College London" və 1 nəfər "National University of Singapore"dan qəbul alıb.

 

“2022-2026 Dövlət Proqramı” təqaüdçüsü adını qazanmış, müvafiq beynəlxalq reytinq sistemlərində "universitetlər üzrə top 10"da yer alan xarici ali təhsil müəssisələrində təhsil alacaq tələbələri tanıyaq!