Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-06 15:40:00
Hökümətlərarası Təqaüd Proqramına kimlər müraciət edə bilər? - Rəsmi CAVAB

“Hökümətlərarası Təqaüd Proqramına bütün Azərbaycan vətəndaşları müraciət edə bilər”

 

 

 AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyi Xaricdə təhsil və əcnəbilərlə iş sektorunun məsləhətçisi Niftalı Qasımlı deyib:

 

“Azərbaycan vətəndaş statusu alan hər kəs Hökümətlərarası Təqaüd Proqramına müraciət edə bilər. Təbii ki, burada müəyyən yaş məhdudiyyətləri mövcuddur. Bu yaş məhdudiyyəti isə proqramda olan ölkəyə görə dəyişə bilər. Təqaüd proqramları ilə bağlı dərc edilən elan mətinlərində bu məsələ ilə bağlı ətraflı məlumat verilir. Yaş məhdudiyyəti əsasən, qarşı tərəfin qoyduğu bir tələbdir".