Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-04 13:00:00
DİN: "Uşağı zorakılığa məruz qoyanlar tapılıb"

Sosial şəbəkələrdə azyaşlılar arasında zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb.

 

DİN-in Mətbuat xidmətindən AzEdu.az -a verilən məlumata əsasən, polis əməkdaşları tərəfindən Xətai rayonu S.Əhmədov küçəsində baş vermiş hadisə üzrə əməli törədən azyaşlılar müəyyən olunublar:

 

"Zorakılığa məruz qalan uşaqla bağlı ekspertiza təyin edilib.

 

Ekspertiza rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

 

Hazırda təhqiqat araşdırmaları davam etdirilir".