Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-04 11:54:23
UFAZ-da bakalavra qəbul imtahanı...

2023-2024-cü tədris ili üçün Azərbaycan-Fransız Universitetinin (UFAZ) bakalavr proqramlarına qəbul imtahanı başlanıb.

 

Bu barədə AzEdu.az-a UFAZ-dan məlumat verilib. Bildirilib ki, qəbul imtahanı abituriyentin təhsil aldığı bölmədən asılı olaraq həm Azərbaycan, həm də rus dillərində aparılır.

 

UFAZ-ın bakalavr səviyyəsində təhsil üçün təklif edilən ixtisaslar bunlardır: kompüter elmləri (60 yer), kimya mühəndisliyi (35 yer), geofizika mühəndisliyi (30 yer), neft və qaz mühəndisliyi (35 yer).