Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-03 10:46:51
“Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat davam edir

“Ana dili – Azərbaycan məktəbi” layihəsi üzrə qeydiyyat davam edir.

 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasından AzEdu.az-a bildirilib ki, (AGMA) layihənin məqsədi xaricdə yaşayan azərbaycanlılar üçün ana dilini məsafədən öyrənmə imkanını yaratmaqdır.

 

İlkin mərhələdə 2023-2024-cü tədris ilini əhatə edəcək layihə çərçivəsində tədris öncədən müəyyən olunmuş cədvəl üzrə həftədə 2-3 dəfə onlayn qaydada təşkil olunacaq. Dərslər təcrübəli mütəxəssislər tərəfindən interaktiv təlim metodu əsasında həyata keçiriləcək. Tədris proqramının məzmununa ana dili ilə yanaşı, Azərbaycan tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında ətraflı məlumat da daxildir.

 

Yerli mütəxəssislər tərəfindən hazırlanan tədris proqramı 3 yaş qrupunu əhatə etməklə başlanğıc, orta və yüksək səviyyələr üzrə tərtib olunub. Proqramı uğurla bitirən iştirakçılara tədrisin sonunda müvafiq səviyyəyə uyğun sertifikat veriləcək.

 

Layihəyə indiyədək 20-dən çox xarici ölkədə yaşayan yüzlərlə həmvətənimiz müraciət edib. Məktəbə qeydiyyatdan keçən şəxslər öz yaş və dil biliyi səviyyələrinə, həmçinin vaxt zonalarına uyğun qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edəcəklər. Dərslər sentyabrın 15-dən başlanacaq.

 

“Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat avqustun 12-dək aparılır. Məktəbə AGMA platforması vasitəsilə qeydiyyatdan keçmək mümkündür.

 

Layihəyə dair ətraflı məlumat üçün +994 51 226 71 21 nömrəsi və [email protected]  elektron poçtu ilə əlaqə saxlamaq mümkündür.