Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-03 09:27:50
Gənc oğlan qəzada ağır xəsarətlər alıb

Xaçmaz rayonunda gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alıb.

 

AzEdu.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1996-cı il təvəllüdlü Vadim Ucabəy oğlu Manafov rayon mərkəzi xəstəxanasına çatdırılıb.

 

Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.

 

Müayinə zamanı ona müştərək və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.