Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-02 16:44:00
UNEC - də beynəlxalq elmi konfrans keçiriləcək

Noyabrın 1-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Oxu mədəniyyəti” layihəsi çərçivəsində “Akademik kitabxanaların yeni fəaliyyət istiqamətləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək konfrans süni intellektin akademik kitabxanalarda, informasiya sistemləri və xidmətlərində tətbiq edilməsinə həsr olunacaq.

 

Konfransa “İnformasiya və sənəd menecmenti üzrə kadr hazırlığı”, “İnformasiya savadlılığı və ömürboyu təhsil”, “Sənəd-İnformasiya idarəçiliyi - biliklərin menecmenti”, “Elmi-tədqiqatların bibliometrik qiymətləndirilməsi”, “Rəqəmsal dünyada yeni kitabxana xidmətləri”, “Kitabxanaşünaslıq/ biblioqrafiyaşünaslıq istiqamətləri üzrə aktual mövzularda kitab və dövri nəşrlərin çap vəziyyəti”, “Kitabxana-informasiya işi sahəsində yeni standartlar”, “Kitabxana marketinqi sahəsində yeni tendensiyalar”, “Kitabxanalarda PR-ın təşkili və əhəmiyyəti”, “Açıq elm - Open Science” mövzuları üzrə məqalələr qəbul edilir. Həmçinin “Universitet kitabxanalarında istifadə edilən data bazalar və onların səmərəliliyi”, “BigData və onun kitabxana işində istifadəsi”, “Hibrid kitabxanaların fəaliyyəti: reallıqlar və yeniliklər”, “Süni intellekt və smart kitabxanalar”, “Milli vahid elektron resurs arxivinin və ya elektron kitabxanaların təşkili”, “Universitetlərdə inklüziv təhsilin təşkili: “Səsli” resurslar, danışan kitabxanalar”, “Kitabxana assosiasiyaları, cəmiyyət və birliklərin fəaliyyəti”, “Beynəlxalq və yerli universitetlərarası kitabxana əməkdaşlığı, sənəd mübadiləsi”, “Kitabxanaların fəaliyyətində sosial media trendi”, “Kitabxana resurslarından açıq istifadə imkanları və müəlliflik hüququ problemləri” mövzuları üzrə məruzələr qəbul olunur.

 

Qeyd edilən istiqamətlər üzrə təcrübi və nəzəri cəhətdən araşdırılan, cari tədqiq və təkliflərlə ən yaxşı ideya və təcrübələri, eləcə də perspektivlə bağlı tətbiqi məsələləri əhatə edən tezislərin qəbulu nəzərdə tutulur.

 

Məqalələr sentyabrın 30-dək qəbul olunacaq