Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-02 14:15:00
Əməkdar müəllim prezident təqaüdünə layiq görüldü

Azərbaycan Respublikasının Əməkdar müəllimi, AYB üzvü Səxavət Tağlar ədəbi və pedaqoji fəaliyyəti həmişə qoşa aparır.

 

Mia.az xəbər verir ki, bu il yazıçı və şairlərə verilən Prezident təqaüdünə o da layiq görülüb.

 

Qeyd edək ki, təqaüd proqramı 50 nəfər yaşlı və 20 nəfər gənc ədibi əhatə edir.

 

Səxavət Tağlar "Qarabağ düşüncələri", "Gecikmiş məktub", "Şərqin Bülbülü" və "Bir nəslin dörd fəsli" adlı ədəbi-bədii kitabların, eləcə də "Məktəbdə pedaqoji fəaliyyətin planlaşdırılması təcrübəsi" adlı metodik vəsaitin müəllifidir.

 

Yaradıcılığı "Rəsul Rza mükafatı"na, "Vətənpərvərlik işinə görə" və "Turan Birliyi" medallarına layiq görülüb.

 

Tanınmış və sevilən yazıçı-pedaqoqu Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülməsi münasibətilə təbrik edirik!