Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-02 12:03:38
AzTU ilə BTU ikili diplom proqramına başlayacaq

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “Rəqəmsal məmulların layihələndirilməsi və istehsalı / Digitale Produktentwicklung und Produktion” layihəsi çərçivəsində 2023/2024-cü tədris ilindən başlayaraq maşın mühəndisliyi ixtisası üzrə ikili diplom proqramı (tədris alman dilində) əsasında magistr hazırlığının tədris planı ilə bağlı yekun müzakirələr aparılıb.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, müzakirələrdə Brandenburq Texniki Universiteti Cottbus-Senftenberg (BTU Cottbus-Senftenberg) tərəfdən layihənin rəhbəri, Maşınqayırma, elektrik və enerji sistemləri fakültəsinin tədris işləri üzrə dekan müavini, Metalkəsən dəzgahlar kafedrasının müdiri professor Sylvio Simon və Azərbaycan Texniki Universitetinin (AzTU) Alman mühəndislik fakültəsinin dekanı Ərəstun Məmmədov iştirak edib.

 

Magistratura səviyyəsində materialşünaslıq mühəndisliyi ixtisası üzrə ikili diplom proqramının BTU tərəfdən koordinatoru, Birləşmə və qaynaq kafedrasının müdir müavini (tədris və tədqiqat üzrə baş mühəndis) Ralf Ossenbrink ilə də görüş keçirilib.

 

Bundan başqa, 4-5 dekabr 2023-cü il tarixlərində AzTU, BTU və Türkiyənin Qazi Universitetinin təşkilatçılığı ilə AzTU-da keçiriləcək “Maşınqayırma və enerji: yeni konsepsiyalar və texnologiyalar” mövzusunda II beynəlxalq elmi-praktik konfransına hazırlıq məsələləri də müvafiq qurumlarla ətraflı müzakirə edilib.