Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-02 10:33:27
İnsan Resursları Mərkəzinə 7734 müraciət daxil olub

Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzinə iyul ayı ərzində daxil olan müraciətlərin statistikası açıqlanıb.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, ötən ay ərzində ümumilikdə 7734 müraciət daxil olub.

 

Müraciətlərin 673-ü feysbuk, 6508-i Çağrı Mərkəzi üzərindən gəlib. Habelə elektron poçt ünvanına 158, sayt üzərindən isə 356 müraciət daxil olub. 39 vətəndaş isə qəbulda iştirak edib.