Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-31 13:06:00
Üç yeniyetməni “tok” vurdu - Prokurorluq araşdırır - YENİLƏNİB

İyulun 31-i saat 11 radələrində Sabirabad rayonun Cavad kəndi ərazisindən keçən su kanalında 3 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə Sabirabad rayon prokurorluğundan bildirilib.

 

İlkin araşdırma zamanı 2007-ci il təvəllüdlü Orxan Əlizadə və onun qohumları - əkiz qardaşlar 2011-ci Nihad və Əjdər Əlizadənin elektrik cərəyanı vurması nəticəsində ölməsi müəyyən edilib.

 

Fakta görə Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

İyulun 31-də saat 11:30 radələrində Sabirabad rayonu Cavad kəndində su kanalında 2007-ci il təvəllüdlü Əliyev Orxan və onun qohumları - ekiz qardaşlar 2011-ci Nihad və Əjdər Əlizadələrin elektrik cərəyanı vurmasından ölmələri barədə polisə məlumat daxil olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib.

 

Araşdırma aparılır.