Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-26 15:34:00
“SABAH” qruplarının magistraturasına müəllim qəbulu yekunlaşır

“SABAH” qruplarının magistratura səviyyəsində 2023-2024-cü tədris ilinin payız semestri üçün müəllim qəbulu yekunlaşır.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, professor-müəllim heyəti və mütəxəssislər müsabiqə əsasında müxtəlif fənlər üzrə saathesabı qaydada işə dəvət olunurlar.

 

Müraciətlər iyulun 27-si saat 23:59-dək qəbul olunacaq.

 

Müsabiqədə azı üç il ali təhsil pilləsində pedaqoji təcrübəyə malik magistr və daha yüksək elmi dərəcəsi olan, mükəmməl səviyyədə İKT, innovativ tədris metodları və müasir pedaqoji yanaşmaları tətbiq etməyi bacaran namizədlər iştirak edə bilərlər.

 

Müsabiqə və vakant yerlər barədə ətraflı məlumatı linkə daxil olmaqla “Tədbirlər və elanlar” bölməsindən əldə etmək mümkündür.