Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-25 16:44:00
Doktorantlar və gənc tədqiqatçılar üçün təlim keçirilib

24 iyul tarixində ARTİ tərəfindən doktorantlar və gənc tədqiqatçılar üçün növbəti onlayn təlim təşkil olunub. Təlimin əsas mövzusu tezisin yazılma qaydası və elmi tədqiqatlarda düzgün istinad qaydaları olub. Təlimdə spiker qismində ARTİ-nin direktor müavini Könül Abaslı çıxış edərək konfransa göndəriləcək tezislərin mövzularının aktuallığı və orijinallığının əhəmiyyətini vurğulayıb, eləcə də tezislərin həcmi, məruzənin hazırlanma qaydaları, mətn daxilində və ədəbiyyat siyahısında məqalələrə istinad formaları barədə təlim iştirakçılarına ətraflı məlumat verib.

 

ARTİ-dən AzEdu.az-a verilən məlumata görə, təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil İnstitutu 10-11 noyabr, 2023-cü tarixində doktorantların və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransını (NASCO) keçirir.

 

NASCO XXVI-nın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.