Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-24 15:16:25
Gənc müəllimlərin sertifikasiya müddəti 5 ildən 3 ilə ENDİRİLDİ

Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlərin sertifikatlaşdırmadan keçməyəcəkləri müddət azaldılıb.

 

AzEdu.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

 

İndiyə qədər qüvvədə olan qanuna görə, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlər 5 il müddətində sertifikatlaşdırmadan keçməyiblər. Dəyişikliyə əsasən, bu müddət 5 ildən 3 ilə endirilib.