Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-24 09:21:13
MİQ-də ilk vakansiya seçimi sabah yekunlaşacaq

Sabah müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilk vakansiya seçimi mərhələsi yekunlaşır.

 

AzEdu.az-ın məlumatına görə, Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib ki, əvvəlcə vakant yer seçmək imkanı müsabiqədə minimum tələbi ödəyən şəhid ailələrinin üzvlərinə verilib.

 

Həmin namizədlər iyulun 25-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.

 

Vakansiya seçimi zamanı diqqətli olmaq tövsiyə edilir. Seçimi yekunlaşdırdıqdan sonra isə təsdiqləmək lazımdır.

 

Xatırladaq ki, iyulun 11-dən 15-dək keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsindən keçən 20 min 427 namizəd vakansiya seçiminə buraxılıb.

 


Bu il ümumilikdə 8860 yer vakansiyaya çıxarılıb.