Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-24 09:02:35
Bu ali məktəbin 6 qız tələbəsi bp-nin təqaüdünü qazanıb - FOTOLAR

“Bakı Ali Neft Məktəbi bu gün SOCAR-ı yüksək səviyyəli mühəndis kadrlarla təmin etdiyi kimi, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin milliləşməsində də böyük rol oynayır. Milli kadrlarımız artıq transmilli şirkətlərdə böyük uğurla çalışırlar”.

AzEdu.az-ın məlumatına görə, bunu Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov bildirib. Onun sözlərinə görə, bu günlərdə BANM-ın 6 tələbəsi bp-nin təqaüdünü qazanıb. Ali məktəblər sırasında ən çox təqaüd qazanan məhz BANM tələbələri olub.

Belə ki, BANM-ın neft-qaz mühəndisliyi ixtisasının 3-cü kurs tələbələri Aminə Rəhmanova, Aysel Məmmədova, kimya mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Nəzrin Fətullalı, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 3-cü kurs tələbələri Cəmilə Rzalı, Leyla Quliyeva və Lalə Ələkbərova bp şirkətinin “Gələcəyin istedadlı qadınları” təqaüd (Future Female Talent Scholarship) proqramına qəbul olunub və bu proqramın birdəfəlik təqaüdünü qazanıblar.

Beynəlxalq proqram Amerika, İngiltərə, Sinqapur və Azərbaycanda həyata keçirilir. Üç ay davam edən layihə müddətində tələbələr bp-nin müəssisələrində də olur, praktiki biliklər əldə edir, peşəkar mühəndislərlə görüşürlər.