Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-24 08:50:27
16 yaşlı qızlarımız Avropa çempionu olub - Tarixdə ilk

Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunun final oyunu keçirlib.

AzEdu.az xəbər verir ki, finalda qızlardan ibarət U-16 milli komandamız ev sahibi Andorra seçməsi ilə qarşılaşıb. Komandamız yekunda rəqibinə 57-45 hesabı ilə qalib gələrək, heç bir oyunda məğlub olmadan Avropa çempionu olub.

Qeyd edək ki, bu çempionluq Azərbaycan qadın basketbolu adına tarixi bir ilk və çox böyük uğurdur.