Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-23 19:48:52
İmtahanda 6 yaşlı uşağa verilən “sual” qalmaqal YARATDI
Bakı Avropa Liseyinin ibtidai sinfə qəbul üçün azyaşlı uşağa verdiyi sual təəccübə səbəb olub. Məsələ sosial şəbəkədə geniş müzakirələr doğurub.

AzEdu.az xəbər verir ki, bu haqda Azvision.az saytının rəhbəri Vüsal Məmmədov bildirib. O, qeyd edib ki, qızı Aylanı həmin liseydə təhsil alması üçün qəbul imtahanına aparıb. Lakin uşaq cavabı olmayan, ümumiyyətlə sual hesab olunmayacaq sualla qarşılaşıb:

“Aylanın imtahan nəticələrilə bağlı təəssüflə bildirirəm ki, ikinci mərhələdə tələb olunan 24 baldan 21,5-ni topladığı üçün birinci sinfə qəbul imtahanından kəsilib.

"İlişdiyi" sual budur: "İnsanlar işıq saçsaydılar, nə olardı?".

Fağır uşaqları bu cür kəsmək nə qədər düzgündür - qoy Bakı Avropa Liseyinin rəhbərliyi özü qərar versin.

Şəxsən mənə bu cür sual verilsəydi, cavabım belə olardı: "Bağışlayın, siz ...?!"

Necə yəni, "insanlar işıq saçsaydılar, nə olardı?!". Orada nə çəkirsiniz elə?! Deyəsən, çəkdiyiniz babat şeydir. Təzə kanalın məhsuludur. "İnsanlar işıq saçsaydılar, nə olardı" sualının düzgün cavabı nədir? Uşaq nə desə, düzgün cavab sayılacaqdı? Paraşüt yoxdursa, açıq deyin ki, paraşüt yoxdur də. Daha niyə valideynləri xərcə və əziyyətə, uşaqları həyatda atdıqları ilk addımlarındanca ruh düşkünlüyünə düçar edirsiniz ki?!

Şikayət eləmirəm, narazılığım da yoxdur. Geniş mənada tüpürüm sizin vicdanınıza da, sualınıza da! Qızımı indiyə qədər yaşından xeyli irəli bir insan, şəxsiyyət kimi yetişdirmişəm, bundan sonra da nə qədər ki sağam, elə olacaq. Sadəcə demək istəyirəm ki, adam kişi olar.

Zarafatsız, insanlar işıq saçsaydılar, nə olardı?!

35 ildir şeyxəm, heç mən də bilmirəm ki, insanlar işıq saçsaydılar, nə olardı. Buna görə kəsilmək eyib deyil.

Uşaqda günah yoxdur. Günah məndədir ki, inanmışdım… Yalnız buna görə özümü bağışlaya bilmirəm ki, inanmışdım… Bir də uşağın "mən imtahandan kəsilmişəm?" sualına görə özümü bağışlaya bilmirəm.

Həyat bir imtahandan ibarət deyil. Biz hələ çox imtahanlardan keçəcəyik. Hələ hər şey qabaqdadır…”.