Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-21 08:51:00
Daha bir azyaşlı hovuzda boğuldu

Bakının Xətai rayonunda 8 yaşlı oğlan hovuzda boğulub.

 

AzEdu.az xəbər verir ki, hadisə Seyid Əzim Şirvani küçəsində baş verib.

 

Belə ki, 2015-ci il təvəllüdlü Şirinzadə Bəşir Əfqan oğlu hovuzda ehtiyyatsızlıqdan boğulub. O, sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib.

 

Hazırda azyaşlı xəstəxananın reanimasiya şöbəsindədir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

 

Faktı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları araşdırır.