Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-20 23:56:00
Telejurnalistin nəşi Salyana aparılıb - YENİLƏNİB 

Tanınmış telejurnalist Natəvan Babayevanın nəşi Salyan rayonuna aparılıb.

 

 

AzEdu.az “Report”a istinadən xəbər verir ki, N.Babayeva iyulun 21-də səhər saatlarında doğulduğu Parça Xalac kənd qəbiristanlığında torpağa tapşırılacaq.

 

 

Telejurnalist uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi.

 

Qeyd edək ki, N.Babayeva 1977-ci ildə Salyan rayounun Parça Xalac kəndində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra uzun illər ANS-də, 2016-cı ilin sonlarından AzTv-də aparıcı işləyib.

Allah rəhmət eləsin!

20:05

Tanınmış aparıcı Natəvan Babayeva vəfat edib.

 

AzEdu.az xəbər verir ki, bu barədə onun dostları məlumat yayıblar. Mərhum Salyanda dəfn olunacaq.

 

Xatırladaq ki, Natəvan Babayeva AzTV, ondan öncə uzun illər ANS televiziyasının aparıcılarından biri olub.

 

Tanınmış jurnalist bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

 

Allah rəhmət eləsin!