Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-20 09:53:43
16 yaşlı oğlan traktordan yıxılıb öldü

Bərdədə faciə baş verib.
 

AzEdu.az-ın məlumatına görə, rayonun Lənbəran kəndində 16 yaşlı oğlan traktordan yıxılaraq ölüb. 

Belə ki, 1985-ci il təvəllüdlü Xaqani Qasımovun idarə etdiyi “T 28X4 MS” markalı traktor ilə hərəkətdə olan zaman texnikanın yedeyində olan sərnişin qismində əyləşən 2007-ci il təvəllüdlü Paşayev Davud Saleh oğlu yıxılıb. O, aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.