Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-20 08:45:00
Bu günün hava PROQNOZU

Bu gün ölkə ərazisində havanın temperaturunun yüksələcəyi gözlənilir.

AzEdu.az ETSN Milli Hidrometeorologiya Departamantinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-34° isti olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi dağlıq rayonlarda duman. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti , dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.