Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-19 21:28:53
UNEC-də magistraturaya qəbul planı 99,2% dolub - Rektor
"İlkin tur ixtisas seçimində 2387 magistr UNEC-i seçib".

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov bildirib.

Rektorun sözlərinə görə, UNEC-də magistraturaya qəbul planı 99,2% dolub.

"MBA-da bütün yerlər tutulub. Bütövlükdə, Azərbaycanda magistraturaya qəbul olunanların (13286 nəfər) 18 faizi məhz UNEC-in payına düşür.
Magistraturaya qəbul olunanların hər birini təbrik edir, uğurlar arzu edir, UNEC-i seçənlərin hər birinə təşəkkür edirəm", - Ə.Muradov qeyd edib.