Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-19 18:00:24
Dənizdə batan uşağın meyiti tapıldı

19.07.2023-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 metr aralı, nəzarətsiz ərazi) batan 1 nəfər uşağın axtarışları başa çatıb.

 

AzEdu.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.