Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-19 17:42:00
«Magistr» jurnalının 5-ci nömrəsi çıxdı

Jurnalın bu nömrəsində 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc olunub.

 

AzEdu.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. 

 

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).