Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-19 16:09:31
Bakıda 4 yaşlı uşaq hovuzda boğuldu

Bakıda idman kompleksində faciəli hadisə baş verib. 

AzEdu.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, hadisə "MEGACITY" Fitness və Spa mərkəzində qeydə alınıb. 

Yasamal rayon sakini, 2019-cü il təvəlüdlü Gülay Məmmədli dünən axşam saatlarında kompleksin hovuzunda boğulub.

Azyaşlı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.